"Minsk 2019": Yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar

"Minsk 2019": Yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar Minsk 2019 II Avropa Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.
Avropa Oyunları
28 İyun , 2019 13:06
Minsk 2019: Yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar

"Minsk 2019" II Avropa Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.

"Report"un məlumatına görə, Azərbaycan yığmasının iki üzvü 1/8 final mərhələsində görüşlərini keçirib.

60 kq çəki dərəcəsindəki Sakit Quliyev xorvatiyalı İvan Lizatoviçlə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan güləşçisinin məğlubiyyəti ilə yekunlaşıb. 67 kq-da yer alan Kərim Cəfərov da Norveç təmsilçisi Haavard Yorgensenin müqavimətini qıra bilməyib. 

Hər idmançı yalnız rəqibləri finala vəsiqə qazanacağı təqdirdə təsəlliverici görüşlərə qatıla bilərlər. 

Qeyd edək ki, Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik (57 kq) təsəlliverici görüşdə italiyalı Françesko İndelikatonu məğlub edərək bürünc medal uğrunda görüşə çıxmağa haqq qazanıb. Onun medal uğrundakı qarşılaşmadakı rəqibi türkiyəli Bediha Gün olacaq.   

Son xəbərlər

Orphus sistemi