"Minsk 2019": Azərbaycanın daha bir boksçusu medalı təmin edib

"Minsk 2019": Azərbaycanın daha bir boksçusu medalı təmin edib Azərbaycanın daha bir boksçusu Minsk 2019 II Avropa Oyunlarında 1/4 final görüşünü keçirib.
Avropa Oyunları
27 İyun , 2019 00:13
Minsk 2019: Azərbaycanın daha bir boksçusu medalı təmin edib

Azərbaycanın daha bir boksçusu "Minsk 2019" II Avropa Oyunlarında 1/4 final görüşünü keçirib.

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominges növbəti döyüşünə çıxıb.

O, yarımfinala vəsiqə uğrunda belçikalı Ziad El Mohorla qarşılaşıb. “Ureçye Arena”da keçirdiyi əvvəlki iki görüşdə qalib gələn Dominges bu dəfə də rinqdən qələbə ilə ayrılıb. O, rəqibini 5:0 hesabı ilə yenib.

Azərbaycan təmsilçisi yarımfinalda Simone Fiori (İtaliya) ilə qarşılaşacaq. Bu qarşılaşma iyunun 28-də baş tutacaq.

Qeyd edək ki, A.Dominqes yarımfinala yüksələn ikinci boksçumuzdur. Ona qədər Lorenzo Sotomayor (69 kq) Avropa Oyunlarının mükafatını təmin edib.

Son xəbərlər

Orphus sistemi