Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyinin və Macarıstan
Oyunlarda Macarıstanın idman şərəfini 200-dən çox atlet qoruyacaq. Bütünlükdə isə macar komandasının tərkibinə 300 nəfərə yaxın idmançı və idman mütəxəssisi daxildir.
Macarıstan MOK-un baş katibi Bence Çabo Bakıda yüksək səviyyədə təşkil olunan I Avropa Oyunları ilə Avropa idmanının tarixində yeni səhifə açıldığını bildirib. O, ev sahiblərinin əsl idman mübarizəsi üçün tələb olunan bütün şəraiti yaratdığını və Bakının təcrübəsinin sonrakı illərdə bu cür böyük idman yarışlarının keçirilməsinə ev sahibliyi edəcək ölkələr üçün zəruriliyini vurğulayıb.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev son illərdə ölkədə idmanın inkişafına göstərilən yüksək qayğıdan söz açaraq on gündən sonra Bakının 49 Avropa ölkəsindən gələcək 6 min atleti yüksək səviyyədə qəbul etməyə hazır olduğunu bildirib.
Azərbaycanın I xanımı
Macarıstan Milli Resurslar Nazirliyinin dövlət katibi İştvan Simiçko və Macarıstan MOK-un icraçı direktoru Laslo Fabian öz çıxışlarında macar idmançılarının qarşısında duran vəzifələrdən danışıblar.
Macarıstan MOK-un qərarı ilə "Bakı 2015"ə hazırlıq prosesində ölkənin ali beynəlxalq idman qurumu ilə sıx əməkdaşlığa görə səfir Vilayət Quliyev Macarıstan komandasının fəxri üzvü elan olunub və ona milli komandanın idman forması hədiyyə edilib.
Qeyd edək ki, macar idmançılarının ilk dəstəsinin Bakıya iyunun 6-da yola düşməsi nəzərdə tutulur.