Bakı. 27 may. REPORT.AZ/ İrlandiyalı Olimpiya, 5 qat dünya və 6 qat Avropa çempionu Keti Teylor "
"Report"un məlumatına görə, qadın boksçular arasında ən çox medal qazanmış 28 yaşlı idmançı hədəfini Avropa Oyunlarının vebsəhifəsi üçün hazırlanmış videoçarx vasitəsilə çatdırıb.
O bildirib ki, "Bakı 2015" adını tarixə yazdırmaq üçün daha bir imkandır: “Bu, ilk Avropa Oyunları olmaqla yanaşı, həm də tarixi yarışdır. Siz həqiqətən də bundan böyük nailiyyət əldə edə bilməzsiniz. Belə mötəbər yarışda öz ölkəmi təmsil etmək, yarışmaq istəyirəm. Bu, tam bir fürsətdir və adımı bir daha tarixə yazmaq üçün növbəti imkan yaranıb".
K.Teylor bildirib ki, Bakıda mübarizə aparmaq unudulmaz olacaq: “İdman haqda çox biliyə sahib olan və eləcə də belə güclü boks komandasına malik olan ölkəyə getmək hər zaman möhtəşəmdir. Bilirəm ki, Bakı Kristal Zalında ab-hava heyranedici olacaq".
Olimpiya çempionu həmçinin bildirib ki, onun "Bakı 2015"də yalnız bir məqsədi var: “Hamımız Oyunlara qızıl medala sahib olmaq üçün qatılırıq, lakin yalnız bir nəfər qızıl medalla ilk pilləyə yüksələcək və mən həmin şəxs olmağı planlaşdırıram. Hər zaman ən yaxşı qadın boksçu olmaq istəyirəm”.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında boks yarışları iyunun 16-da start götürəcək. 15 dəst medal uğrunda mübarizəyə qitənin 330 kişi və qadın boksçusu qatılacaq.