II Avropa Oyunlarının gerisayımının başlayacağı tarix müəyyənləşib

II Avropa Oyunlarının gerisayımının başlayacağı tarix müəyyənləşib Tədbir yenilənmiş “Dinamo” stadionunda keçiriləcək
Avropa Oyunları
7 Sentyabr , 2017 10:09
II Avropa Oyunlarının gerisayımının başlayacağı tarix müəyyənləşib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Belarusun paytaxtı Minskdə 2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının gerisayımının başlayacağı tarix müəyyənləşib. 

“Report” xəbər verir ki, bu barədə BELTA-ya paytaxt Minskin meri Andrey Şorets bildirib.

A.Şoretsin sözlərinə görə, gerisayıma 21 iyun 2018-ci ildə yenilənmiş “Dinamo” stadionunda start veriləcək. Mer deyib ki, arenadakı yenidənqurma işləri polad konstruksiyalı dam örtüklərinin quraşdırlması səbəbindən ləngiyir.

Belarusun Baş naziri Andrey Kobyakov isə II Avropa Oyunlarında istifadə olunacaq idman qurğularını təftiş edib. O, bütün layihələrin vaxtında tamamlanmasına dair göstəriş verib.

Yenidənqurmadan sonra “Dinamo” stadionunun tutumu 20 min nəfərlik olacaq. Burada oyunların Açılış və Bağlanış mərasimləri keçiriləcək, müxtəlif yarışlar təşkil olunacaq.

Qeyd edək ki, Mins və Avropa Olimpiya Komitəsinin (EOK) İcraiyyə Komitəsi sentyabrın 1-də II Avropa Oyunlarının keçirilməsi ilə bağlı müqavilə bağlayıblar. 21 - 30 iyunda təşkil olunacaq Oyunların proqramına 15 idman növü daxil edilib. Bunlar badminton, basketbol, boks, güləş (sərbəst, yunan-Roma və qadın güləşi), veloidman (cığır və yol), gimnastika, kayak və kanoe, cüdo, karate, atletika, sambo, kamandan oxatma, atıcılıq, stolüstü tennis və çimərlik futboludur. Oyunlarda 23 idman istiqaməti üzrə 189 dəst medal uğrunda mübarizə gedəcək.

Son xəbərlər

Orphus sistemi