Yuxarı
    Bağlamaq

    II Avropa Oyunları ilə əlaqədar bir qrup jurnalistin Minskə səfəri başlayıb

    Səfər Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib

    Bakı. 5 iyul. REPORT.AZ/ 2019-cu ildə Minskdə keçiriləcək II Avropa Oyunları ilə əlaqədar bir qrup jurnalist Belarusun paytaxtına yollanıb.

    "Report"un məlumatına görə, səfər Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Jurnalistlər Minskdə bir sıra görüşlər keçirəcəklər. Onlar Belarus Milli Olimpiya Komitəsini ziyarət edəcək, "İdman və Turizm: turizmdə kobrendinq" mövzusunda beynəlxalq konfransa qatılacaqlar. Tədbir zamanı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm departamentinin nümayəndəsi "I Avropa Oyunlarının təşkilində Azərbaycanın təcrübəsi" mövzusunda təqdimatla çıxış edəcək. II Avropa Oyunları direksiyasının rəhbəri, Belarus Milli Olimpiya Komitəsinin müşaviri Georgi Katulin isə növbəti Oyunların məqsədi və gözləntilərdən danışacaq.

    Ardından Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə Belarusun idman və turizm nazirinin müavini Mixail Portnoyun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

    Daha sonra Belarus Milli Olimpiya Komitəsinin Olimpiya Muzeyinə və II Avropa Oyunları üçün nəzərdə tutulan idman obyektlərindən bir neçəsinə ekskursiya təşkil olunacaq.

    Nəhayət, Azərbaycan və Belarusun jurnalistlərdən ibarət futbol komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. 

    Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. İdmançılar 253 dəst medal uğrunda yarışıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi