İlham Zəkiyev: Qızıl medalı cənab prezidentə, Azərbaycana xalqına həsr edirəm

İlham Zəkiyev: Qızıl medalı cənab prezidentə, Azərbaycana xalqına həsr edirəm Avropa Oyunlarında Azərbaycanın aktivinə növbəti qızıl medalı yazdıran İlham Zəkiyev qələbəsini şərh edib
Avropa Oyunları
26 İyun , 2015 22:30
İlham Zəkiyev: Qızıl medalı cənab prezidentə, Azərbaycana xalqına həsr edirəm

Bakı. 26 İyun. REPORT.AZ/ "Mən məsuliyyətimi dərk edirdim. Xırda zədələr olsa da, şükürlər olsun ki, qələbə qazanmağıma mane olmadı. Bütün Azərbaycan bu qızılı məndən gözləyirdi".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Avropa Oyunlarında Azərbaycanın aktivinə növbəti qızıl medalı yazdıran İlham Zəkiyev deyib.

Zəkiyev qeyd edib ki, Prezident İlham Əliyev və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva I Avropa Oyunlarında ona xüsusi missiya tapşırılmışdı: "Açılış mərasimində məşəli mən alovlandırdım. Atəşgahda məşəli yandıranda cənab prezidentə dedim ki, mən iyunun 26-da Silahlı Qüvvələr günündə qızıl medal qazancam. Ali Baş Komandana medal söz vermişdim. Bu qızıl medalı cənab prezidentə, Azərbaycana xalqına həsr edirəm".

"Bir də ki, oğlum Həmzənin iki yaşı tamam olur. Atası tərəfindən bu medal ona ən böyük hədiyyədir. Mən öz yaramdan utanmıram. Gözlərimin nurunu Azərbaycan torpaqlarının müdafiəsi uğrunda itirdiyimə görə fəxr edirəm", - deyə qalib əlavə edib.

Son xəbərlər

Orphus sistemi