Camaləddin Məhəmmədov: "Gürcü güləşçi çirkin mübarizəsi ilə məni özümdən çıxardı"

Camaləddin Məhəmmədov: "Gürcü güləşçi çirkin mübarizəsi ilə məni özümdən çıxardı" Hamı bura qızıl medal üçün gəlir. Amma bu, mənim üçün çox çətin idi. Əməliyyatdan sonra bir ilədək məşq etməmişdim. Xalça üzərində cəmi iki həftəlik təlim-məşq toplanışında olmuşdum.
Avropa Oyunları
27 İyun , 2019 15:16
Camaləddin Məhəmmədov: Gürcü güləşçi çirkin mübarizəsi ilə məni özümdən çıxardı

"Hamı bura qızıl medal üçün gəlir. Amma bu, mənim üçün çox çətin idi. Əməliyyatdan sonra bir ilədək məşq etməmişdim. Xalça üzərində cəmi iki həftəlik təlim-məşq toplanışında olmuşdum".

Bunu "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanmış Azərbaycan sərbəst güləşçisi Cəmaləddin Məhəmmədov "Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

125 kq çəki dərəcəsindəki 30 yaşlı pəhləvan göstərdiyi nəticədən razılıq ifadə edib: "Belə yarışları buraxmaq istəmirdim. Hərçənd, Avropa Oyunlarınadək hansısa turnirdə iştirak etməyim lazım idi. Amma qazandığım bürünc medaldan razıyam. Güləşçilər var ki, mükafatsız qalırlar".

Məhəmmədov bürünc medal görüşündəki rumıniyalı rəqibi Rares Kintoanla çoxdan tanış olduğunu söyləyib: "Bu qarşılaşma zamanı hiss etdim ki, hücum edib xal ala bilərəm".

Təcrübəli güləşçi gözünün altındakı qaraltıya görə yarımfinalda uduzduğu gürcüstanlı Givi Matçaraşvilini günahlandırıb: "Bu, gürcü güləşçinin çirkin mübarizəsindən qalan izdir. O, bütün əhvalımı pozdu və məni özümdən çıxardı. Nəticədə onunla döyüşə istədiyim kimi köklənə bilmədim. Görünür, məqsədi bundan ibarət idi ki, məni özümdən çıxarsın. Buna görə idmançıya yaraşmayan hərəkəti - barmağı ilə gözümün altını qaraltdı. Məhz bu məqam da onunla görüşümün alınmamasına səbəb oldu".

Qeyd edək ki, Cəmaləddin Məhəmmədov "Bakı 2015" I Avropa Oyunlarında da bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi