"Report" AzərTAc-a istinadən xəbər verir ki, reportajda 2015-ci il 12-28 iyul tarixində keçiriləcək idman tədbirinə hazırlıq işləri, həmçinin Oyunların keçiriləcəyi idman obyektləri haqqında ətraflı məlumat verilib.
Bakının tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcəyi vurğulanıb.
Reportaj zamanı Oyunları qəbul edəcək Olimpiya Stadionunun inşası barədə də məlumat verilib. 68 mindən çox tamaşaçı tutumlu arenanın ərazisində parklar, eləcə də atletlər üçün təlim-məşq yerləri inşa olunduğu qeyd olunub.
Həmçinin Bakının şimal-qərb hissəsində yerləşən Atletlər Kəndi haqqında da söz açılıb. Bildirilib ki, Atletlər Kəndində idmançıların və komanda rəsmilərinin təhlükəsizliyi və rahatlığı üçün hər cür şərait yaradılacaq.