Yuxarı

Bakıda keçiriləcək I Avropa Oyunlarına biletlərin onlayn satışı başlayıb

Biletləri Avropa Oyunlarının rəsmi saytından əldə etmək mümkündür

Bakı. 21 mart. REPORT.AZ/ Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış-bağlanış mərasimləri və yarışlara biletlərin onlayn satışı bu gündən başlayıb. "Report"un məlumatına görə, biletləri Avropa Oyunlarının rəsmi saytından (baku2015.com) əldə etmək mümkündür.

Yaşlılar üçün biletlərin qiyməti 2-5 manatdır. Qiymətlər yarışın mərhələsi, keçirilmə yeri və tamaşaçı yerinin kateqoriyasından asılıdır.

Uşaqlar və 16 yaşdan kiçik yeniyetmələr üçün giriş sərbəst olacaq. Bu zaman onların yanında yaşı 18-dən çox, üzərində şəxsiyyət vəsiqəsi və bileti olan şəxsin olması vacibdir.

Açılış mərasiminə biletlərin qiyməti 20 manat, bağlanış mərasiminə isə 10 manat təşkil edir.

Qeyd edək ki, köşklərdə biletlərin satışı apreldə başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi