Bakı. 11 iyun. REPORT.AZ/ “Bakı
"Azərbaycan dünya idmanında yeni tarix yazmağa çox yaxındır. Bir gün sonra ilk Avropa Oyunlarının Açılış mərasimi keçiriləcək. "Bakı 2015"də qitənin ən güclü güləşçiləri mübarizə aparacaq. Çox xoşbəxtəm ki, bu Oyunlarda güləş yarışlarını canlı izləmək imkanım olacaq", - deyən T.Tsenov Avropa qitəsinin Dünya Güləş Birliyində mühüm rol oynadığını vurğulayıb.
İyunda Bakının dünya idmanının mərkəzinə çevriləcəyini bildirən Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev "Bakı 2015"də sərbəst, yunan-Roma və qadın güləşi növləri üzrə 16 Olimpiya, 8 qeyri-Olimpiya çəki dərəcələri üzrə mübarizənin gedəcəyini xatırladıb. O, Oyunlarda qitənin ən güclü 450-dək pəhləvanının mübarizə aparacağını və güləşin ən yüksək səviyyədə təmsil olunacağına inandığını deyib.
Sonra videobağlantı ilə Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin konfrans iştirakçılarına müraciəti səsləndirilib. N.Laloviç FİFA prezidenti seçkisində baş verənlərə işarə edərək, müxtəlif beynəlxalq idman qurumlarında yaşanan qalmaqallarla əlaqədar xəbərdarlıq edib: "Bu yaxınlarda digər federasiyalardan bəzilərindən baş vermiş inanılmaz olaylardan xəbərdarsınız. Həmin qalmaqallar bizə bir daha idmançılara xidmət etməli olduğumuzu xatırladır. İnanıram ki, ilk Avropa Oyunlarında da güləş yarışları ədalətli mübarizə şəraitində və yüksək səviyyədə təşkil olunacaq".
Ardından T.Tsenov Avropanın 12 ölkəsinin güləş federasiyasında maddi durumun acınacaqlı vəziyyətdə olduğunu bildirərək, konfrans iştirakçılarını həmin qurumlara kömək etməyə səsləyib. O, qitənin bəzi ölkələrinin gənclər və yeniyetmələr arasında keçirilən yarışlara idmançı göndərmək imkanında olmadıqlarını da bildirib. Dünya Güləş Birliyi Avropa Şurasının prezidenti onu da qeyd edib ki, qurumun Bolqarıstanın paytaxtı Sofiyada yerləşən ofisinin heç bir fəaliyyəti yoxdur. Yığma komandalar üçün təlim-məşq toplanışlarına isə cəmi 24 ölkədən 247 güləşçi qatılıb ki, bu da çox azdır.
Daha sonra konfransın gündəliyinə uyğun olaraq, ötən il Finlandiyanın Vantaa şəhərində qəbul olunan protokol ətrafında fikir mübadiləsi aparılıb. Təşkilatın yeni loqosunun, embleminin dəyişdirilməsi barədə müzakirələr aparılıb. Nəticədə qurumun yeni loqosu və emblemi qəbul olunub.
Sonda Avropada güləşin inkişafı istiqamətində müzakirələr aparılıb və qarşıdakı illərdə Avropa qitəsində güləşin inkişaf proqramı təqdim olunub, 2016-cı ildə Avropa çempionatlarının keçiriləcəyi ölkələrin hazırladığı təqdimatlar izlənilib.