"Bakı-2015" "Sky İtalia" telekanalı vasitəsilə canlı yayımlanacaq

"Bakı-2015" "Sky İtalia" telekanalı vasitəsilə canlı yayımlanacaq Şirkət I Avropa Oyunlarını geniş işıqlandıracaq
Avropa Oyunları
8 Yanvar , 2015 15:41
Bakı-2015 Sky İtalia telekanalı vasitəsilə canlı yayımlanacaq

İyunun 12-də start götürəcək Bakı 2015 I Avropa Oyunları İtaliyada da yayımlanacaq. "Report"un məlumatına görə, bununla bağlı "Sky Italia" ilə yayım sazişi imzalanıb. 

Anlaşmaya əsasən, "Sky Italia" öz idman kanalları vasitəsilə Oyunların canlı, yarışlardan əsas məqamların yayımını, eyni zamanda, "Sky Go" vasitəsilə Oyunların geniş işıqlandırılmasını təmin edəcək. Sky Italia TV stansiyası ölkədə müstəsna hüquqlarını təmin edib və İlk Avropa Oyunları ilə bağlı məlumatlılığı artırmaq, həyəcanı bölüşmək məqsədilə məşhur "Sky Sport 24" xəbər kanalı vasitəsilə Oyunların təbliğatını həyata keçirəcək.

Qeyd edək ki, əsası 2003-cü ildə qoyulmuş, ölkədə 4.7 milyon abunəçisi və 13 milyondan artıq tamaşaçısı olan "Sky Italia" Avropanın ən nüfuzlu idman yayımı şirkətlərindən biri sayılır. 2014-cü il Soçidə Qış Olimpiya Oyunlarının yayımını həyata keçirmiş şirkət, eləcə də, ölkənin əsas futbol yarışı olan A Seriyasının, Almaniya Bundesliqasının, UEFA Çempionlar Liqasının və Avropa çempionatının seçmə oyunlarının yayım hüququna malikdir. I Avropa Oyunları iyunun 28-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi