Bakı. 10 iyun. REPORT.AZ/ "
İlk olaraq ağırlıqqaldırma üzrə dünya çempionunun daşıdığı məşəl aktyor Tahir İmanova və xalq artisti Ağaxan Abdullayevə keçib və Fəvvarələr meydanında xalq yazıçısı
Saat 14:00-da Heydər Əliyev Mərkəzinin qarşısındakı parkdan metroyadək sərbəst güləş üzrə dünya çempionu Arif Abdullayevin başlatdığı estafeti yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı Vitali Rəhimov yekunlaşdırıb.
Saat 15:30-da pianoçu, xalq artisti Murad Adıgözəlov Filarmoniya Parkının qarşısından məşəlin növbəti estafetinə start verib. Veteran qılıncoynadan Yaşar Məmmədov, müğənni Röya Ayxan və Abbas Bağırovun da iştirak etdiyi yürüşü Funikulyorun qarşısından "Neftçi"nin sabiq futbolçusu, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevlə Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev davam etdirəcək. Oradan məşəli Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firudin Qurbanov, veteran futbolçu Yaşar Babayev, taekvondo üzrə dünya və Avropa çempionu Radik İsayev, yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı Emin Əhmədov, Azərbaycan Güləş Federasiyasının digər vitse-prezidenti Elçin Cəfərov və veteran ağırlıqqaldıran Məmməd Hüseynov Şəhidlər xiyabanına çatdıracaq. Yürüşü saat 16:30-da Dağüstü Parkda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki yekunlaşdıracaq.