​“Bakı 2015”in Ulduz Elçilərinə xatirə hədiyyələri təqdim olunub

​“Bakı 2015”in Ulduz Elçilərinə xatirə hədiyyələri təqdim olunub Əməliyyatlar üzrə baş direktor Saymon Kleqq çıxış edib və elçilərə gördüyü işlərlə bağlı təşəkkürünü bildirib
Avropa Oyunları
1 İyul , 2015 11:42
​“Bakı 2015”in Ulduz Elçilərinə xatirə hədiyyələri təqdim olunub

Bakı. 1 iyul. REPORT.AZ/ Bu gün “Bakı 2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) Oyunların Ulduz Elçiləri ilə görüş keçirib. 

“Report”un məlumatına görə, tədbirdə elçilərdən Azər Qərib, Tünzalə Ağayeva, İlkin Həsəni, Nigar Camal, Hacı Nuran, DJ Şok, Miri Yusif və Cabir İmanov və digər qonaqlar iştirak edib.

İlk olaraq əməliyyatlar üzrə baş direktor Saymon Kleqq çıxış edib və elçilərə gördüyü işlərlə bağlı təşəkkürünü bildirib.

Daha sonra Ulduz Elçilərə xatirə hədiyyələri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi