Yuxarı

Nigar Camal

 - 

müğənni, Avroviziya Mahnı Müsabiqəsinin qalibi



2011

İctimai Televiziyanın keçirdiyi müsabiqənin qalibi olaraq Azərbaycanın 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsilçisi adını qazanıb və müsabiqənin qalibi olub. R&B, Soul və Pop janrlarında musiqilər ifa edir. BMT-nin Yol hərəkəti qaydaları üzrə xoşməramlı səfiridir.

1997

1997-ci ildə Nizami rayonu, 201 saylı orta məktəbi bitirib. 1997-2001-ci illərdə Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsində təhsil alıb.

1996

1996-cı ilin may ayında "Pöhrə" müsabiqəsinin fəxri diplomunu qazanıb.

1988

1988-ci ildən "Pöhrə" respublika mahnı müsabiqəsində iştirak edib.

1985

1985-1986-cı illərdə şəhər uşaq ansamblında solist kimi çıxış edib.

1980

Nigar Camal 7 sentyabr 1980-ci il tarixində Bakı şəhərində anadan olub.