Bakı. 11 İyun. REPORT.AZ/ “Bakı-2015” birinci Avropa Oyunlarının Atletlər Kəndində Azərbaycan və Avropa Olimpiya Komitəsinin bayraqları qaldırılıb.
"Report" xəbər verir ki, bayraqlar müvafiq olaraq Azərbaycanın və Avropa Olimpiya Komitəsinin himnlərinin müşayiəti ilə dalğalandırılıb.
Atletlər Kəndində idmançıları salamlamaqdan məmnunluğunu ifadə edən Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Əməliyyat Komitəsinin baş icraçı direktoru
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O vurğulayıb ki, 17 gün ərzində 50
Sonra Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini Atletlər Kəndində daşıyaraq xüsusi quraşdırılmış səhnəyə qalxıb. Vitse-prezident deyib: “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlçisi olduğum üçün özümü xoşbəxt hiss edirəm. Güclü idmançıların mübarizə aparacağı birinci Avropa Oyunlarının ədalət prinsipi əsasında keçiriləcəyinə əminəm. İdman özündə dostluğu və humanizmi birləşdirir. Bütün iştirakçılara qarşıdakı yarışlarda müvəffəqiyyət arzulayır və birinci Avropa Oyunlarından zövq almağa çağırıram”.
Sonra Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos Azərbaycan komandasının rəhbəri Könül Nurullayevaya və Yunanıstan kollektivinin şef-de-missionu Monalis Kolimpadisə xatirə hədiyyələri təqdim edib.
Tədbir konsert proqramı ilə başa çatıb.