saat 23:00
Yazın gəlişini simvolizə edən Novruz - Azərbaycanın ən əlamətdar bayramı səhnələşdirilmiş formada nümayiş etdirilib. Novruzun ardınca küləklər şəhəri Bakı, Yanardağ, Qobustanın hekayəsi canlanıb.
Azərbaycanın xalq artisti
Sonda təxminən 2000 nəfər ifaçı səhnəyə toplaşaraq "Yallı" rəqsini oynayıblar. Bununla da 2 saat davam edən mərasim başa çatıb.
saat 22:47
Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan edib.
saat 22:22
Bakı. 12 iyun. REPORT.AZ/ Stadiona Avropa Olimpiya Komitəsinin bayrağı gətirilib. Bayrağı Avropanın müxtəlif yerlərindən olan səkkiz tanınmış qadın və kişi idmançı gətirib. Bayrağı gətirənlər arasında azərbaycanlı Olimpiya çempionu Namiq Abdullayev də olub.
Bu bayraq Avropa Olimpiya Komitəsinin bu axşam stadiona toplaşmış 50 üzvünü təmsil edir.
saat 21:33
Bakı. 12 iyun. REPORT.AZ/ Daha sonra maraqlı səhnə nümayiş etdirilib. Dahi şair Nizaminin əlində tutduğu tərəzinin hər gözündə bir kukla fiquru var. Onlar Azərbaycan ədəbiyyatının məşhur incilərindən birinin qəhrəmanları olan nakam sevgililər - Leyli və Məcnundur. O, "Miniatürlər bağı"nın mürəkkəb elementləri və canlı rənglərilə tamaşaçıları öz dünyasına aparır.
saat 21:23
Bakı. 12 iyun. REPORT.AZ/ İlk Avropa Oyunlarının məşəlini stadiona Azərbaycanın paralimpiyaçısı, 2 dəfə Paralimpiya Oyunları çempionu İlham Zəkiyev gətirib. Bununla da Avropa Oyunlarının aprelin 26-da Atəşgah məbədində alovlandırılan, həmin gündən 1000-dən çox məşəlçinin daşıdığı, təxminən 5500 km məsafə qət edən məşəl bu axşam sonuncu məşəlçinin stadiona daxil olması ilə başa çatıb.
saat 21:14
Bakı. 12 iyun. REPORT.AZ/ Açılış mərasiminin keçirildiyi Bakı Olimpiya Stadionuna Azərbaycan Respublikasının dövlət bayrağı gətirilib. Şeypurun sədaları prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini salamlayıb. Azərbaycanın dövlət bayrağı qaldırılıb və himni səsləndirilib.
saat 21:01
Bakı. 12 iyun. REPORT.AZ/ "
Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və digər ölkələrin dövlət və hökumət başçıları var. Eyni zamanda, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, müxtəlif beynəlxalq federasiyaların, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların rəhbərləri, tanınmış mədəniyyət, idman, siyasi və ictimai xadimlər, o cümlədən müxalifət partiyalarının sədrləri də mərasimdə iştirak edirlər.
Qeyd edək ki, iyunun 28-dək davam edəcək I Avropa Oyunlarında 6000-dən çox idmançı 20 növ üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq.