Yuxarı
    Bağlamaq

    ​"Bakı 2015": Badminton yarışları davam edir - CANLI YAYIM

    Azərbaycan həm tək, həm də cütlüklərin yarışında təmsil olunur

    Bakı. 23 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında badminton yarışları davam edir. "Report"un məlumatına görə, bu gün Azərbaycan kişilər arasında tək və cütlərdən ibarət yarışında təmsil olunacaq.

    Saat 09:40-da Kənan Rzayev maltalı Samuel Kali ilə görüşəcək. Cütlüyün yarışı isə axşam saat 20:00-da baş tutacaq. K.Rzayev və Orxan Qələndərovdan ibarət cütlüyün rəqibi isə fransalı Bastian Kersaudi və Qaetan Mittelheisser olacaq.

    Qeyd edək ki, badminton yarışına iyunun 28-də yekun vurulacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi