Bakı. 10 iyun. REPORT.AZ/ "
O, boksçulardan hamının uğurlu nəticə gözlədiyini dilə gətirib. ABF-nin prezidenti
Baş məşqçisi Pedro Rok milli komandanın yaxşı hazırlıq keçdiyini söyləyib. Kubalı mütəxəssis Meksikadakı təlim-məşq toplanışından sonra Bakıda İrlandiya və Bolqarıstan yığmaları ilə birgə son hazırlıq mərhələsinə qədəm qoyduqlarını deyib.
Millinin kapitanı, Avropa və 2 qat dünya çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov komandada yüksək əhval-ruhiyyənin olduğunu bildirib. Boksçu I Avropa Oyunlarında yüksək yerlər tutmaq üçün əllərindən gələni edəcəklərini söyləyib.
Qeyd edək ki, "Bakı 2015"də boks yarışları 16 - 27 iyunda "Crystall Hall"da keçiriləcək. Azərbaycanı 10 kişi və 5 qadın boksçu təmsil edəcək.