Yuxarı

"Bakı-2015" Avropa Oyunlarının bilet satışı üzrə qeydiyyat səhifəsi açılıb

Veb sayt Bakı 2015-lə bağlı son xəbərlər üçün müraciət etmək imkanı yaradır

Bakı. 31 oktyabr. REPORT.AZ/  "Bakı-2015" Avropa Oyunları idman azarkeşlərinin gələn ilin yayında keçiriləcək yarışlara bilet ala bilməsi üçün öz rəsmi veb-saytında qeydiyyat səhifəsini təqdim edib. "Report"un məlumatına görə, veb-sayt beynəlxalq və azərbaycanlı idman azarkeşlərinə "Bakı-2015" Avropa Oyunlarının idman proqramı üzrə nəzərdə tutulan biletlərdə edilən yeniliklər və "Bakı-2015"lə bağlı son xəbərlər üçün müraciət etmək imkanı yaradır.

“Birinci Avropa Oyunlarına doğru yaxınlaşdığımız üçün bilet satışı üzrə qeydiyyat səhifəsi çox əhəmiyyətlidir. Biz bilirik ki, idman azarkeşləri "Bakı-2015" Avropa Oyunlarında iştirak etmək üçün öz biletlərini mümkün qədər öncədən almaq və tarixi məqamı müşahidə etmək istəyəcəklər. Bu sistem idman azarkeşlərini gələn il bilet satışı haqqında ən son yeniliklər və məlumatlarla təmin edəcək”- deyə, "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib.

Qeydiyyat səhifəsi "Bakı-2015" Avropa Oyunlarının bilet satışı üzrə rəsmi dəstəkçisi olan "Tickethour" şirkəti tərəfindən hazırlanıb.

Veb-saytda qeydiyyatdan keçmək üçün bu linkə daxil olmaq lazımdır: https://tickets.baku2015.com/signup/homePage.html?changeLanguageTo=az

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi