Azərbaycanlı hakim Avropa Oyunlarına təyinat alıb

Avropa Oyunları
  • 03 iyun, 2019
  • 06:42
Azərbaycanlı hakim Avropa Oyunlarına təyinat alıb

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov "Minsk 2019" II Avropa Oyunlarına təyinat alıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Məmmədov çimərlik futbolu üzrə oyunları idarə edəcək. Bu növdə Azərbaycan millisi təmsil olunmayacaq. 

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək.