Yuxarı
    Bağlamaq

    "Bakı 2015"də daha bir yarış üzrə Azərbaycanın rəqibləri müəyyənləşib

    Azərbaycan millisi A qrupunda yer alıb

    Bakı. 16 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri müəyyənləşib. "Report"un məlumatına görə, A qrupunda yer alan Azərbaycan Portuqaliya, İsveçrə və Ukrayna yığmaları ilə mübarizə aparacaq.

    B qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan milliləri qarşılaşacaq. Qruplar bu gün keçirilən püşkatma mərasimində müəyyən olunub. Püşklər Kristian Karambö və futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki tərəfindən çəkilib.

    Püşkün nəticələri müəyyən olduqdan sonra Prosineçki Azərbaycanın digəri ilə müqayisədə daha asan qrupa düşdüyünü qeyd edib.

    Qeyd edək ki, çimərlik futbolu üzrə yarışlar 24-28 iyunda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi