Bakı. 16 iyun. REPORT.AZ/ "Qalib gəldiyim üçün çox xoşbəxtəm. Bu mənim həyatımda ilk medaldır".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "
58 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə layiq görülən qadın pəhləvan qızıl medalın gözlənilməz olduğunu deyib:
"Bu haqda heç fikirləşmirdim. Çox xoşbəxtəm ki, bu Oyunlarda tarix yazmaqda və bayrağı yüksəklərə qaldırmaqda mənim də töfhəm oldu. Medalı gözləmirdim, amma çox istəyirdim. Bu səbəbdən də sonadək mübarizə apardım. İlk dəqiqələrdə qalib gələcəyimə bir az şübhə ilə yanaşırdım. Sonra özümü ələ aldım. Öz-özümə dedim ki, bu şansı əldən verə bilmərəm və çempion olmalıyam".
Polşalı güləşçi Roksana Zasinanı məğlub edən Anjela Doroqan mübahisəli məqamla bağlı fikirlərini bildirib: "Belə şeylər həmişə olur. Ancaq mən xalı ona vermədim və sonadək mübarizə apardım. Neçə dəfə idi ki, ardarda uduzurdum. Bu dəfə artıq qələbə vaxtı yetişmişdi. Üstəlik öz evimdə mübarizə aparırdım. Qələbəni öz ailəm və məşqçilərimə həsr edirəm".