Yuxarı
    Bağlamaq

    Azərbaycan yığması "Bakı 2015"in test yarışının qalibi olub

    Güləşçilər 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanıb

    Bakı. 17 aprel. REPORT.AZ/ Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başlayıb. "Report"un məlumatına görə, yarış iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.

    AGF Kubokuna Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri qatılıb. İlk yarış günündə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə 92 pəhləvan mübarizə aparıb. Azərbaycan millisi 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanaraq, komanda hesabında birinci olub. İran ikinci, Gürcüstan üçüncü yeri tutub. 

    Qeyd edək ki, Azərbaycan pəhləvanlarından Elşad Məmmədov (42 kq), Ülvi Qənizadə (69 kq) və Nəzərşah Fərullayev (76 kq) qızıl, Əsgər Əsgərzadə (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (54 kq), Davud Əlimuradov (58 kq), Ramil Səfərov (63 kq), Cavanşir Qasımov (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) gümüş, Mirsirac Həsənli (42 kq), Səid Cahangirzadə, Ramal Əhədli (hər ikisi 46 kq), Kənan Cəfərov (54 kq), Cavid Cavadzadə, Kənan Hacıəliyev (hər ikisi 58 kq), Murad Orucov (63 kq), Rauf Məmmədli (85 kq) və Abbas Əliyev (100 kq) bürünc medal qazanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi