​Azərbaycan kayakçıları "Bakı-2015"də 5 min metr məsafəyə yürüşlərdə də çıxış edəcəklər

Avropa Oyunları
  • 15 iyun, 2015
  • 21:13
​Azərbaycan kayakçıları Bakı-2015də 5 min metr məsafəyə yürüşlərdə də çıxış edəcəklər

Bakı. 16 İyun. REPORT.AZ/Azərbaycanı I Avropa Oyunlarında təmsil edən kayakçı İnna Osipenko - Radomskaya və Mirnazim Cavadov daha bir məsafəyə yürüşlərə qatılacaqlar.

"Report"un məlumatına görə, hər iki idmançı 1 nəfərlik kayak qayığı ilə 5 min metr məsafəyə final yürüşlərində çıxış edəcək.

İyunun 16-da saat 16:30-da Osipenko-Radomskaya start xəttinə çıxacaq. Onun 23 rəqibi olacaq. Saat 17:05-də mübarizəyə qatılacaq Cavadov isə 28 kayakçı ilə rəqabət aparacaq.

Qeyd edək ki, İnna Osipenko Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşdə də çıxış edərək, finala yüksəlib. Mirnazim Cavadov isə 200 metr məsafəyə yürüşdə 10-cu yer uğrunda mübarizə aparacaq. Hər 3 yürüş sabah olacaq.