Azərbaycan I Avropa Oyunlarında beşinci qızıl medalını qazanıb- YENİLƏNİB

Azərbaycan I Avropa Oyunlarında beşinci qızıl medalını qazanıb- YENİLƏNİB Azərbaycan "Bakı 2015"də medallarının sayını 10-a çatdırıb
Avropa Oyunları
14 İyun , 2015 19:03
Azərbaycan I Avropa Oyunlarında beşinci qızıl medalını qazanıb- YENİLƏNİB

Bakı. 14 İyun. REPORT.AZ/ Azərbaycanlı karateçi Ayxan Mamayev "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, kişilər arasında 84 kq çəki dərəcəsində çıxış edən A.Mamayev Yunanıstan döyüşçüsü Mixail Georgios Tszanosu məğlub edib. Görüş 1:1 hesabı ilə başa çatsa da, hakim aktiv döyüşə görə qələbəni azərbaycanlı idmançıya verib.

Bu, Azərbaycanın karate növündə 6-ci, ümumilikdə isə 10-cu medalı olub. Ölkəmizin aktivində 5 qızıl, 1 gümüş və 4 bürünc medal var.

18:19

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan karateçisi İrina Zaretska "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanıb. "Report"un məlumatına görə, qadınlar arasında 68 kq çəki dərəcəsində çıxış edən İ.Zaretska finalda avstriyalı Alisa Teresa Buçingeri 8:1 hesabı ilə məğlub edib. 

Bu, Azərbaycanın karate növündə 5-ci, ümumilikdə isə 9-cu medalı olub.  Ölkəmizin aktivində 4 qızıl, 1 gümüş və 4 bürünc medal var.

16:52

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanın daha 2 karateçisi "Bakı 2015" I Avropa Oyunlarında karatenin kumite növü üzrə keçirilən yarışda finala vəsiqə qazanıb. "Report"un məlumatına görə, bunlar İrina Zaretska ilə Ayxan Mamayevdir. 

Qadınlar arasında 68 kq çəki dərəcəsində çıxış edən İ.Zaretska yarımfinalda Monteneqro idmançısı Marina Rakoviçə 1:0 hesabı ilə qalib gəlib. Qızıl medal uğrunda yarışda o, avstriyalı Alisa Teresa Buçingerlə döyüşəcək.

Kişilərin mübarizəsində 84 kq çəkidə yer alan Ayxan Mamayev də adını finala yazdırıb. O, yarımfinalda kosovolu Alvin Karaqini 6:1 hesabı ilə məğlub edib. Finalda A.Mamayevin rəqibi Mixail Georgios Tszanos olacaq. 

Son xəbərlər

Orphus sistemi