Azərbaycan II Avropa Oyunlarında 17-ci medalını qazanıb

Azərbaycan II Avropa Oyunlarında 17-ci medalını qazanıb Azərbaycan boksçusu Lorenzo Sotomayor Minsk 2019 II Avropa Oyunlarını bürünc medalla başa vurub.
Avropa Oyunları
28 İyun , 2019 17:31
Azərbaycan II Avropa Oyunlarında 17-ci medalını qazanıb

Azərbaycan boksçusu Lorenzo Sotomayor "Minsk 2019" II Avropa Oyunlarını bürünc medalla başa vurub.

"Report"un məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı yarımfinalda Böyük Britaniya təmsilçisi Pat Makkormaka uduzduğu üçün “bürünc”lə kifayətlənməli olub. O, rəqibinə nokautla yenilib.

Bu, Azərbaycanın II Avropa Oyunlarında 17-ci medalıdır (2 qızıl, 5 gümüş, 10 bürünc).

Qeyd edək ki, bir qədər sonra Azərbaycanın digər boksçusu Alfonso Dominqes (81 kq) yarımfinal görüşünə çıxacaq. O, italiyalı Fiori Simone ilə döyüşəcək.

Son xəbərlər

Orphus sistemi