Azərbaycan gimnastı Oleq Stepko "Bakı 2015"də qızıl medal qazanıb

Azərbaycan gimnastı Oleq Stepko "Bakı 2015"də qızıl medal qazanıb O, istəyinə paralel qollarla yarışda çatıb
Avropa Oyunları
20 İyun , 2015 19:44
Azərbaycan gimnastı Oleq Stepko Bakı 2015də qızıl medal qazanıb

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Oleq Stepko bir günə 3 medal qazanıb. "Report"un məlumatına görə, 21 yaşlı idmançı gimnastika atı və dayaqlı tullanmanın ardından paralel qollarda da fərqlənib.

Bu dəfə O.Stepko qızıl medala sahib olub. Onun çıxışı 15,733 xalla qiymətləndirilib. Rusiyalı David Belyavski 15,700 balla gümüş, rumıniyalı Marius Berbekar 15,600 balla bürünc medal əldə edib.

Qeyd edək ki, Oleq Stepko gimnastika atı ilə gümüş, dayaqla tullanmada isə bürünc medal əldə edib. O, əvvəlki yarışlarda isə çoxnövçülükdə gümüş, komanda növündə bürünc medal qazanıb. Bu, O.Stepkonun 5-ci, Azərbaycanın isə 33-cü medalı olub. 

Qaliblərə medalları birinci xanım, “Bakı-2015” qitə Oyunları Təşkilat Komitəsinin sədri, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edib.

FOTO: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi