​Azərbaycan atıcıları mübarizəyə başlayır

​Azərbaycan atıcıları mübarizəyə başlayır Bu gün Azərbaycanın 6 atıcısı yarışacaq
Avropa Oyunları
17 İyun , 2015 08:40
​Azərbaycan atıcıları mübarizəyə başlayır

Bakı. 17 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında atıcılıq yarışları keçiriləcək. "Report"un məlumatına görə, Azərbaycan bugünkü yarışda həm kişi, həm də qadınlar olmaqla 6 idmançı ilə təmsil olunacaq.

Qadınlar arasında 10 metrdən hava tapançası ilə atəş açmada Nərminə Səmədova və İradə Aşumova yarışacaq. Hər iki idmançı saat 09:15-də hədəf qarşısına keçəcək. Saat 10:30-da isə stend atıcılığında Əlimirzə Quliyev və Elvin İsmayılov dəqiqliklərini yoxlayacaq. Kişilər arasında 10 metr məsafədə atəş açmada Ruslan Lunev və Rəsul Məmmədov mübarizə aparacaq. Bu yarış saat 10:30-da start götürəcək.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında atıcılıq yarışlarına iyunun 22-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi