Könül Nurullayeva: "Avropa Oyunları Olimpiya standartlarından geri qalmayıb"

Könül Nurullayeva: "Avropa Oyunları Olimpiya standartlarından geri qalmayıb" "İnanılmaz və çox yüksək səviyyədə şərait yaradılmışdır"
Avropa Oyunları
27 İyun , 2015 11:26
Könül Nurullayeva: Avropa Oyunları Olimpiya standartlarından geri qalmayıb

Bakı. 27 iyun. REPORT.AZ/ "Qarşıya qoyduğumuz məqsədimiz Olimpiya standartları çərçivəsində oyunları təşkil etməkdir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva deyib.

O qeyd edib ki, Azərbaycanda keçirilən I Avropa Oyunları heç də Olimpiya standartlarından geri qalmayıb: "Azərbaycan çox böyük uğura imza atdı. I Avropa Oyunlarına ev sahibliyi etmək, təşkilatçılıq və digər məsələlərin yüksək səviyyədə olması onu deməyə əsas verir ki, Azərbaycan daha mötəbər yarışlara ev sahibliyi edə bilər. İnanılmaz və çox yüksək səviyyədə şərait yaradılmışdır".

Son xəbərlər

Orphus sistemi