Bakı. 7 aprel. REPORT.AZ/ "Niderland 2019-cu ilin yayında keçiriləcək Avropa Oyunlarının keçirilməsinə əsas namizəddir".
"Report" xəbər verir ki, bu barədə TASS-a Avropa Olimpiya Komitəsinin (AOK) vitse-prezidenti Aleksandr Kozlovski bildirib.
Avropa Oyunlarının ikinci paytaxtı üzrə seçkilər 2015-ci ilin mayında Türkiyədə AOK-un Fövqəladə Baş As
"Avropa Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsindən fərqli olaraq seçkilərə öz yanaşma tərzi var. Biz bu Oyunların keçirilməsinə kimin daha layiq olduğuna özümüz baxırıq. Hazırda bizim namizədimiz Niderlanddır", - deyə Kozlovski qeyd edib.
I Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək. Kozlovskinin sözlərinə görə, Azərbaycan idmançı və tamaşaçıların yaddaşına həmişəlik həkk olunması üçün bu yarışların təşkilinə xərclərini əsirgəmir.
"Niderlandın bu işə öz yanaşması var - dəqiq və qənaətçi. Qeyd edim ki, Avropa Oyunları - 2019 da, Bakı Oyunları kimi təcrübi xarakter daşıyacaq. Biz bu unikal oyunların keçirilməsi üçün optimal variant axtarırıq", - deyə AOK-un vitse-prezidenti bildirib.