Aleksandr Yaremenko: "Voleybol yığmaları Avropa Oyunlarına güclü heyətlə qatılacaqlar"

Aleksandr Yaremenko: "Voleybol yığmaları Avropa Oyunlarına güclü heyətlə qatılacaqlar" "Bir çox ölkə Bakıya əsas heyət göndərməyə qərar verib"
Avropa Oyunları
4 Mart , 2015 13:51
Aleksandr Yaremenko: Voleybol yığmaları Avropa Oyunlarına güclü heyətlə qatılacaqlar

Bakı. 4 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında voleybol yarışları çox nüfuzlu olacaq". "Report"un məlumatına görə, bunu Ümumrusiya Voleybol Federasiyasının baş katibi Aleksandr Yaremenko "sportbox.ru"ya müsahibəsində deyib.

O bildirib ki, Avropa Oyunlarında voleybol üzrə həm kişi, həm də qadınların mübarizəsində 12 komanda iştirak edəcək. Bununla da olimpiya turniri formatı tam modelləşəcək: "Bütün iştirakçı ölkələrin ən güclü heyətlə yarışa qatılmalarına dair razılıq əldə olunub. Aydındır ki, bəzi ölkələr əsas yığmalarla təmsil oluna bilməyəcəklər. Çünki onlar Dünya Liqasında yarışacaqlar. Amma bir çox ölkə Bakıya əsas heyət göndərməyə qərar verib. İş ondadır ki, Avropa Oyunlarının nəticələri milli komandaların reytinqinə ciddi təsir edəcək. Bu isə ciddi turnirlərin püşkatmasında nəzərə alınacaq".

Yaremenkonun sözlərinə görə, Rusiyanın Avropa Oyunlarına ehtiyat komanda ilə qatılmasına qərar verilib. Həmin heyət əsas yığmaya düşə bilməyən voleybolçulardan ibarət olacaq: "Bir çox oyunçuların özlərini göstərmək, təcrübə yığmaq və əsas yığmaya düşmək imkanı qazanacaqlar. Nəticədə onlar əsas yığma ilə Dünya Kubokuna yollana biləcəklər".

Qeyd edək ki, I Avropa Oyunlarında voleybol yarışları iyunun 13-dən 28-dək davam etməklə, ən uzun sürən idman proqramı olacaq. Görüşlər Bakı Kristal Zalında keçiriləcək. Voleybol turniri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına təsnifat xalları qazanmaq baxımından da əhəmiyyətli olacaq. 

Son xəbərlər

Orphus sistemi