Bakı. 13 iyun. REPORT.AZ/ "
"Burada istedadlıların da çıxış edəcəyinə və daha uğurlu olacaqlarına ümid edirəm. Belə Oyunlar tarixdə ilk dəfədir keçirilir. Ona görə də çoxsaylı gözlənti və risklərin də olacağı istisna edilmir" deyə ötənlərin tanınmış idmançısı vurğulayıb.
A.Karelin bildirib ki, rusiyalı ustalara Avropa Oyunları tarixində Bakıda ilk dəfə keçirilən yunan-Roma güləşi üzrə yarışda mübarizə aparmaq asan olmayacaq: "Güləşin bu növündə Azərbaycan çoxsaylı qələbə qazanıb və qalibiyyət ənənəsi var. Güləşin bu növü ölkədə çox məşhurdur. Azərbaycan güləşçiləri daha çox medal qazanmağa çalışacaqlar. Onlar öz potensiallarını İranda keçirilmiş Dünya Kubokunun qalibi olmaqla nümayiş etdirdilər. Ona görə də rusiyalılara çətin olacaq. Ancaq biz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları haqda düşünməli və həmin oyunlar üçün seleksiya aparmalıyıq".