Bakı. 27 iyun. REPORT.AZ/ "Döyüş normal keçdi. İlk raundda bir az çətinliklər oldu". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında boks üzrə 60 kq çəki dərəcəsində "
O bildirib ki, sonradan hər şey lazımi qaydada davam edib. "Bakı 2015"in qızıl mükafatçısı Olimpiya çempionluğu üçün çalışacağını bildirib: "Olimpiya çempionu olmaq üçün elə məşq etmək lazımdır ki, heç kim bu cür hazırlaşmasın. İlk növbədə Allahın köməyi, sonra isə əməksevərlik nəticəsində çempionluq gələcək".
"Bu qələbəni unutmaq lazımdır. Arxayınlaşmaq yox, növbəti yarışlara daha səylə hazırlaşmaq lazımdır. İstirahəti də nəzarə almalıyıq. Hər bir medal böyük əmək bahasına başa gəlir. Ona görə də bütün titullar mənim üçün eynidir".
O, I Avropa Oyunlarının çox böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və qalib olduğu üçün sevincini gizlətməyib. A.Səlimov qələbəni kimə həsr etdiyini də söyləyib: "Mənim üçün həyəcan keçirən hər kəsə qızıl medalı həsr edirəm".
FOTOLAR: Orxan Əzim