Un istehsalçılarına verilən subsidiyanın hesablanma qaydası müəyyən edilib

Un istehsalçılarına verilən subsidiyanın hesablanma qaydası müəyyən edilib Azərbaycanda un istehsalçılarına subsidiya verilməsi üçün onların satdığı məhsulun hər tonunun topdansatış qiymətinin yuxarı həddi 520 manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 2
ASK
16 Sentyabr , 2021 15:20
Un istehsalçılarına verilən subsidiyanın hesablanma qaydası müəyyən edilib

Azərbaycanda un istehsalçılarına subsidiya verilməsi üçün onların satdığı məhsulun hər tonunun topdansatış qiymətinin yuxarı həddi 520 manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25%-i qədər müəyyən edilib.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 16 fevral 2021-ci il tarixli qərarına edilmiş dəyişiklikdə öz əksini tapıb.

Bundan başqa, dəyişikliyə əsasən, un istehsalçılarının satdığı məhsulun hər tonuna görə onlara ödənilməli subsidiyanın məbləği orta aylıq idxal dəyərinə un istehsalçısının marjası əlavə edilməklə hesablanmış məbləğlə bir ton unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq məbləğində müəyyən ediləcək. Un istehsalı ilə məşğul olan şəxslər topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satdıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılacaq.

Son xəbərlər

Orphus sistemi