Üç ölkədən Azərbaycana şəkər tədarükü bərpa edilib

ASK
  • 03 fevral, 2023
  • 06:49
Üç ölkədən Azərbaycana şəkər tədarükü bərpa edilib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 30,825 milyon ABŞ dolları dəyərində 43 min 732 ton şəkər göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11 % çoxdur, kəmiyyət olaraq – 16,6 % azdır.

Azərbaycan Qazaxıstana 14 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 538 dəfə çoxdur) 18 min 658 ton (+666 dəfə), Türkmənistana 8,299 milyon ABŞ dolları dəyərində (-61 %) 12 min 807 ton (-68 %), Gürcüstana 7,3 milyon ABŞ dolları dəyərində (+68 dəfə) 10 min 985 ton (+95 dəfə), Rusiyaya 859 min ABŞ dolları dəyərində (-12 %) 731,8 ton (-25 %), Qırğızıstana 277,76 min ABŞ dolları dəyərində (-92 %) 448 ton (-93,5 %) məhsul satılıb.

Hesabat dövründə Azərbaycan xaricdən 374,27 min ABŞ dolları dəyərində (-95,5 %) 312,34 ton (-98 %) şəkər alıb.

Ukraynadan 133,28 min ABŞ dolları dəyərində (-85 %) 207,63 ton (-87 %), Finlandiyadan 88,4 min ABŞ dolları dəyərində (+4,2 dəfə) 48,15 ton (+3,7 dəfə), Rusiyadan 33,72 min ABŞ dolları dəyərində (-98,8 %) 13,98 ton (-99,7 %), Lüksemburqdan 25,33 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 2,89 ton (+2 dəfə), Türkiyədən 20,81 min ABŞ dolları dəyərində (-99,5 %) 6,35 ton (-99,9 %) məhsul idxal edilib.

On il 4 ayın tamamında Tayvandan, 3 il 4 aylıq fasilənin ardından Tailanddan, 1 il 6 aydan sonra Çindən tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,7 min ABŞ dolları dəyərində 0,25 ton, 0,08 min ABŞ dolları dəyərində 0,03 ton, 11,73 min ABŞ dolları dəyərində 1,57 ton şəkər gətirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti