Tovuzda Aqrar Biznes Festivalı keçirilib

Tovuzda Aqrar Biznes Festivalı keçirilib Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Tovuzda Aqrar Biznes Festivalı keçirilib.
ASK
17 mart 2025 15:42
Tovuzda Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Tovuzda Aqrar Biznes Festivalı keçirilib.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz rayonlarından fermerlərin iştirak etdiyi festivalda müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar sərgilənib.

Fermerlər toxum, gübrə və pestisidlər, müasir suvarma texnologiyaları, iqlimə dayanıqlı innovativ həllər və aqrar sahədə rəqəmsal sistemlər, müasir kənd təsərrüfatı texnikaları ilə tanış olub, onların tətbiqi barədə ətraflı məlumat əldə ediblər. Festivalda ölkənin müxtəlif bölgələrindən qadın inkişaf və müəssisə qruplarını təmsil edən 150-dən çox fermer sahibkar öz məhsullarının nümayiş və satışını həyata keçirib.

Mərkəzin direktoru Anar Cəfərov qeyd edib ki, festivalın məqsədi kənd təsərrüfatı sektorunda bütün maraqlı tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq və davamlı inkişaf mühiti yaratmaqdır. O, fermerləri aqrar sahədə yeni texnologiyaların tətbiqi prosesini sürətləndirməyə çağırıb.

Festivalda kredit yarmarkası keçirilib. Yarmarkada iştirak edən maliyyə qurumları, bank və bank olmayan kredit təşkilatları tərəfindən fermerlərə güzəştli kreditlər, aqrar sektor üçün maliyyə dəstək mexanizmləri və sığorta imkanları barədə məlumatlar verilib.

Festivalda fermerlər üçün təlimlər də təşkil edilib.

Bununla yanaşı, festivalda aqrar sahədə fəaliyyət göstərən kooperativlərin fəaliyyətinin gücləndirilməsi və onların bazara çıxış imkanlarının genişləndirilməsi məqsədilə “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” forumu keçirilib.

Orphus sistemi