Taxıl sahələrindən 1 milyon tondan çox məhsul yığılıb

Taxıl sahələrindən 1 milyon tondan çox məhsul yığılıb Bölgələrdə taxıl biçini davam edir. Artıq payızlıq əkin sahələrinin 33 faizində biçin başa çatıb. Bugünədək sahələrdən 728937 ton arpa, 366037 ton buğda yığılıb.
ASK
22 İyun , 2023 13:48
Taxıl  sahələrindən 1 milyon tondan çox məhsul yığılıb

Azərbaycanda bölgələrində payızlıq əkin sahələrinin 33 %-ində biçin başa çatıb.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bugünədək sahələrdən 728 937 ton arpa, 366 037 ton buğda yığılıb.

Ölkə üzrə payızlıq arpa sahələrinin 60 %-ində, buğda sahələrinin isə 16 %-ində biçin başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 30,2 sentner, buğda üzrə isə 34,4 sentner təşkil edir.

Artıq payızlıq arpa əkini aparılmış 12 rayonda arpa biçini tam yekunlaşmaq üzrədir. Bu mövsüm İmişli rayonunda 18 min hektara yaxın sahədə taxıl əkilib. Bugünədək sahələrdən 11 885 hektarında biçin başa çatıb. Sahələrdən 46 min tondan artıq məhsul yığılıb, taxıl üzrə orta məhsuldarlıq 38,8 sentner/ha təşkil edir. İmişli rayonunda arpa sahələrinin 95%-ində biçin prosesi yekunlaşıb.

Hazırda rayonun taxıl sahələrində 24 kombayn cəlb olunub, bunlardan 11 kombayn “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır. Biçinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 13 özəl kombayn cəlb olunub.

Qeyd edək ki, hazırda respublikanın 61 rayonunda biçin gedir. Biçin prosesinə ümumilikdə 1 447 kombayn cəlb olunub. Ölkə üzrə biçin aparılmış sahələrin 95 223 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib. “Aqroservis” ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.

Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 40 %-i arpa, 60 %-i buğda sahəsidir.

Son xəbərlər

Orphus sistemi