"Şəki İpək" yun istehsalına başlaya bilər

"Şəki İpək" yun istehsalına başlaya bilər Bununla ipək satışındakı mövsümi azalmanı kompensasiya etmək mümkündür
ASK
7 Fevral , 2018 12:21
Şəki İpək yun istehsalına başlaya bilər
Report/ Elchin Murad

Bakı. 7 fevral. REPORT.AZ/ “Şəki İpək” ASC istehsal etdiyi məhsulların çeşidini genişləndirə bilər. Belə ki, şirkət ipəklə yanaşı, yun istehsalı da gerçəkləşdirə bilər.

“Report”un verdiyi xəbərə görə, belə təkliflə “Şəki İpək” ASC-nin İdarə Heyətinin sədri Nizami Qəribov çıxış edib: “Hazırda yun tədarükü yoxdur. Dağıstanın isə yuna tələbatı var. Mövsümi olaraq, ipək satışında azalma olur ki, bu azalmanı məhz yunla kompensasiya etmək mümkündür”.

N.Qəribov həmçinin məhsulların Avropada satışının mümkün olması üçün dəzgahların dəyişdirilməsinə ehtiyac olduğunu bildirib: "Dəzgahların bir qismini dəyişsək, istehsalın 30%-ni Avropaya çıxarmaq olar”.

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə isə bildirib ki, “Şəki İpək”lə bağlı inkişaf strategiyasının hazırlanması üçün təcrübəli şirkətlərin birinin cəlb edilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu işlər son məhsulun istehsal forması və satış istiqamətlərinin müəyyənləşdirilməsində kömək edəcək.

Son xəbərlər

Orphus sistemi