Rusiya Azərbaycan və Türkiyədən tərəvəz idxalını artırır

Rusiya Azərbaycan və Türkiyədən tərəvəz idxalını artırır Rusiya Türkiyə, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan və Özbəkistandan tərəvəz idxalını artıracaq.
ASK
5 Mart , 2022 08:22
Rusiya Azərbaycan və Türkiyədən tərəvəz idxalını artırır

Rusiya Türkiyə, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan və Özbəkistandan tərəvəz idxalını artıracaq.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən (“Rosselxoznadzor”) verilən açıqlamada ümumilikdə 9 ölkədən tərəvəz idxalının artırılacağı bildirilib.

Qeyd edilir ki, Türkiyədən əlavə pomidor, bibər, balqabaq və badımcan idxal ediləcək: "Əvvəlki idxal məhdudiyyətləri aradan qaldırılaraq, müvafiq ölkələrin bütün torpaqlarından tərəvəz idxalının davam etdirilməsinə qərar verilib".

“Rosselxoznadzor”un açıqladığı siyahıya Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan və Özbəkistan daxildir.

Son xəbərlər

Orphus sistemi