Qazax rayonunda cari ilin taxıl biçini başa çatıb.
"Report"un Qərb bürosunun məlumatına görə, bu il rayonda payızlıq və yazlıq olmaqla 11 445 hektar sahədə taxıl əkilib.
Bunun 4 507 hektarı buğda, 6 938 hektarı arpa sahəsidir.
Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi nəticəsində, zəmilərdə yetişən məhsul biçilib, 35 676 ton məhsul götürülüb və orta məhsuldarlıq 31,2 sentner olub. O cümlədən, 14 892 ton buğda toplanıb ki, burada da orta məhsuldarlıq 33 sentner, 20 784 ton arpa götürülüb ki, burada da orta məhsuldarlıq 30 sentner təşkil edib.
Taxıl biçininə 62 ədəd kombayn cəlb edilib. Onlardan 9 ədədi Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qazax bölməsinə, 30 ədədi digər rayon bölmələrinə, 23 ədədi isə fiziki şəxslərə məxsus olub.