“Kənddən şəhərə” yarmarkalarının keçirilməsi müvəqqəti dayandırıldı

“Kənddən şəhərə” yarmarkalarının keçirilməsi müvəqqəti dayandırıldı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin Bakının müxtəlif ünvanlarında keçirilən “Kənddən şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranıb.
ASK
24 Mart , 2020 15:12
“Kənddən şəhərə” yarmarkalarının keçirilməsi müvəqqəti dayandırıldı
0 : 00
0 : 00

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin Bakının müxtəlif ünvanlarında keçirilən “Kənddən şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranıb.

Bu barədə  “Report”a səhmdar cəmiyyətinin mətbuat katibi Mayis Musayev bildirib.

O bildirib ki, “Kənddən şəhərə” yarmarkaları martın 20-dən bağlanıb, yarmarkaların bu həftə keçirilməsi nəzərdə tutulmayıb: ““Kənddən şəhərə” yarmarkalarının aprelin əvvəllərində təşkil edilib-edilməməsi hələ dəqiq məlum deyil”.

Xatırladaq ki, “Kənddən Şəhərə” Bahar yarmarkaları Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilir. Yarmarkalar aşağıdakı ünvanları əhatə edir;

Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)

Nərimanov rayonu, Gənclik metro stansiyasının yanı

Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi (Neftçilər parkının yanı) 

Son xəbərlər

Orphus sistemi