Nazir: "Pambığın alış qiymətinə yenidən baxılmalıdır"

Nazir: "Pambığın alış qiymətinə yenidən baxılmalıdır" Hazırda yerli şirkətlərlə danışıqlar aparılır
ASK
29 Yanvar , 2016 11:15
Nazir: Pambığın alış qiymətinə yenidən baxılmalıdır

Bakı. 29 yanvar. REPORT. AZ/ Azərbaycanda ənənəvi pambıqçılıq yenidən inkişaf etdirilməlidir. Bu sahədə inkişafa nail olmaq üçün fermerlərə yeni güzəştlər, uzunmüddətli kreditlərin verilməsi nəzərdə tutulub. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda əməkdaşlıq konfransında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. 

Nazir deyib ki, hazırda məsələ ilə bağlı şirkətlərlə danışıqlar aparılır. 

"Pambığın alış qiymətinə yenidən baxılmalıdır", - deyə Ş.Mustafayev bildirib və Azərbaycanın idxaldan asılılığının azaldılmasının vacibliyini qeyd edib. 

"Qarşıya qoyulan prioritet məqsədlərdən biri də ixracı stimullaşdırmaq, makroiqtisadi sabitliyi qoruyub saxlamaq, habelə investisiya, ixraca təkan vermək və biznesin inkişafına dəstək olmaqdır", - deyə iqtisadiyyat naziri bildirib.

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının 70% təşkil etdiyini vurğulayan nazir bu rəqəmin gələcək illərdə daha da artacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi