Nazir müavini: “Azərbaycanda su itkilərinin qarşısının alınması üçün işlər görülür”

Nazir müavini: “Azərbaycanda su itkilərinin qarşısının alınması üçün işlər görülür” Azərbaycanda su itkilərinin qarşısının alınması məqsədi ilə suvarma kanallarının yenidən qurulması və bərpası, içməli su mənbələrinin yaradılması, həmçinin su ehtiyatlarını artırılması üçün yeni su anbarlarının yaradılması istiqamətində işlər həyata keçir
ASK
28 Avqust , 2024 10:51
Nazir müavini: “Azərbaycanda su itkilərinin qarşısının alınması üçün işlər görülür”

Azərbaycanda su itkilərinin qarşısının alınması məqsədi ilə suvarma kanallarının yenidən qurulması və bərpası, içməli su mənbələrinin yaradılması, həmçinin su ehtiyatlarının artırılması üçün yeni su anbarlarının yaradılması istiqamətində işlər həyata keçirilir.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, suya tələbatın artması fonunda iqtisadiyyatın bütün sahələrində qənaətedici su texnologiyalarından istifadəni, suya tələbatı tullantı sularının təmizlənərək istifadəsi yolu ilə ödənilməsi mühüm əhəmiyyət kəsb edir.

O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən yaşıllaşdırma işləri çərçivəsində əsas su mənbəyi kimi təkrar emal olunan sulardan geniş istifadə edilir: “Bu həm içməli su ehtiyatlarının qorunması, həm də suların təkrar dövriyyəsini təmin etməklə sudan səmərəli istifadəyə gətirib çıxarır”.

Son xəbərlər

Orphus sistemi