Bu gün
"Report" xəbər verir ki, tədbirin məqsədi media işçilərini və ictimaiyyəti şirkətin əsas vəzifəsi olan satınalan dövlət qurumlarının qida məhsulları ilə təchizatı prosesi və proses müddətində ərzaq təhlükəsizliyinin təminatının təşkili ilə tanış etmək olub.
Anbarda jurnalistlərə Gəncə Regional İdarəsinin iş prinsipi barədə məlumat verilib, onlar ərzaq məhsullarının saxlanma şəraiti və yük maşınlarına yüklənmə prosesi ilə yaxından tanış olublar. ATT-nin Tədarük və Təchizat departamentinin direktoru Rəşad Kərimov idarənin Gəncə şəhəri və ətraf rayonlarda ümumilikdə 125 dövlət qurumunun ərzaq təchizatını həyata keçirdiyini bildirilib: "Gəncə Regional İdarəsi Gəncə şəhəri daxil olmaqla Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarına aid müxtəlif satınalan dövlət qurumlarını kənd təsərrüfatı və ərzaq məhsulları ilə təchiz edir. Bu qurumlar içərisində böyük üstünlüyü bağçalar təşkil edir. Belə ki, region üzrə 92 baxçanı qida məhsulları ilə təchiz edirik. Təchizat prosesi hər müəssisənin tələbnaməsinə uyğun olaraq ay ərzində iki dəfə 3 gün müddətində baş tutur və ümumilikdə 125 adda 250 ton məhsulun təchizatı təşkil olunur. Məhsullar anbara daxil olduğu zaman keyfiyyətə nəzarət edən mütəxxəssislər tərəfindən yoxlamadan keçirilir".
Daha sonra isə jurnalistlər ATT tərəfindən ərzaq məhsulları ilə təchiz olunan 32 saylı körpələr evi-uşaq bağçasına baş çəkiblər. Onlar burada ərzaq məhsullarının təhvil-təslim prosesini izləyiblər. Jurnalistlərə açıqlama verən bağça müdiri Sahilə Hüseynova hazırda 33 adda qida məhsulu tədarük etdiklərini vurğulayıb: "Bağçamız 2019-cu ildə
Növbəti baş çəkilmiş ünvan isə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanası olub. Xəstəxananın anbardarı Fəxrəddin Abbasov jurnalistlərə verdiyi açıqlamada xəstəxananın 15 adda məhsul tədarük etdiyini bildirib: "Sifariş etdiyimiz məhsullar ayda iki dəfə çatdırılır. Yağ və quş əti kimi məhsulları soyuducularda, digər məhsulları isə qapalı rəflərdə xüsusi şəraitdə saxlayırıq. Xəstəxanada müalicə alan şəxslərə isə gündə üç dəfə yemək verilir".
Xatırladaq ki, ATT nizamnaməsindən irəli gələrək fermerlərdən və yerli qida məhsulları istehsalçılarından tədarük etdiyi məhsullarla müxtəlif satınalan dövlət qurumlarının və özəl təşkilatların ərzaq təchizatını həyata keçirir. İş fəaliyyəti ilə bağlı mütəmadi olaraq mediaya və ictimaiyyətə məlumat verən qurum bundan sonra da oxşar tədbirlər təşkil etməyə davam edəcək.