İtaliyalı futbolçu "Napoli"yə transfer oluna bilər
Futbol
- 15 iyul, 2025
- 20:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Napoli" klubu A Seriyasının digər təmsilçisi "Udineze"nin hücumçusu Lorenzo Lukkanı heyətinə qatmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Neapol kollektivi 24 yaşlı italiyalı oyunçu üçün 30 milyon avro ödəməyə hazırdır. Forvard özü də "Napoli"yə keçməyə razılıq verib. Hazırda tərəflər müqavilənin yekun detallarını müzakirə edirlər.
Qeyd edək ki, L.Lukka ötən mövsüm "Udineze"nin heyətində 36 matçda 14 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ciin yayında başa çatacaq.
Son xəbərlər
11:20
Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb
Xarici siyasət
11:17
İlham Əliyev Albaniya Prezidentini təbrik edib
Xarici siyasət
11:11
Azərbaycan dəri istehsalını 23 % artırıb
Sənaye
11:10
Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb
Hadisə
11:00
Azərbaycandakı sığorta şirkətlərinin öhdəliklərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
10:50
Foto
Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub
Sağlamlıq
10:48
Estoniya XİN rəhbəri: Tallin Bakı ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığa hazırdır - Eksklüziv
Xarici siyasət
10:45
Tsahkna: Estoniya Azərbaycanla yeni birgə layihələri hədəfləyir - Eksklüziv
Xarici siyasət
10:40
Bərdədə ər-arvad dəm qazından zəhərlənib, biri ölüb
Hadisə