Kürdəmirdə pambıqçılıqla bağlı regional müşavirə keçirilib

Kürdəmirdə pambıqçılıqla bağlı regional müşavirə keçirilib Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) Kürdəmir şəhərində “Aran iqtisadi rayonunda fitosanitar vəziyyət, pambıq əkinlərində alaq otları əleyhinə mübarizənin səmərəliliyinin artırılması və pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər” mövzusunda regional müşavirə keçirib.
ASK
31 Mart , 2018 17:29
Kürdəmirdə pambıqçılıqla bağlı regional müşavirə keçirilib

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) Kürdəmir şəhərində “Aran iqtisadi rayonunda fitosanitar vəziyyət, pambıq əkinlərində alaq otları əleyhinə mübarizənin səmərəliliyinin artırılması və pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər” mövzusunda regional müşavirə keçirib.

Bu barədə “Report” Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, müşavirədə Dövlət Xidmətinin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzlərinin, rayonlararası bioloji laboratoriyaların, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlər, ümumilikdə 225 nəfər iştirak edib.

Müşavirənin keçirilməsində əsas məqsəd respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, pambıqçılığın başlıca problemlərindən olan zərərli orqanizmlərlə mübarizənin elmi əsaslarla təşkil edilməsi, kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsində inteqrir mübarizə tədbirləri sisteminə keçidin zamanın tələbi olmasını və fitosanitar sabitliyin qorunub saxlanılmasından, eyni zamanda pestisidlərdən kortəbii istifadə zamanı bitki aləminə və ətraf mühitə vurulan zərərin qarışısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsindən ibarət olub.

“Bölgədə fitosanitar vəziyyətin təhlili və pambıq əkinlərində zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda çıxış edən DFNX-nin rəisi Camal Quliyev pambıqçılığın inkişafı etdirilməsi istiqamətində görülən tədbirlərin, pambıq sahələrində əsas zərərli orqanizmlərə qarşı aparılan mübarizə tədbirlərinin əhəmiyyəti barədə məlumat verib. O, bildirib ki, son illər zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində pestisidlərdən normadan artıq və növbələşmədən istifadə, eyni tərkibli pestisidin davamlı tətbiqi, hektara düşən məsarif normasının düzgün nizamlanmaması, işçi məhlul hazırlanarkən suyun PH-na diqqət verilməməsi və s. səbəblərdən zərəli orqanizmlərdə pestisidlərə qarşı yüksək davamlılıq yaranması halları müşahidə edilir. Dövlət Xidmətinin rəisi həmçinin qeyd edib ki, bu səbəbdən də pambıq sovkasına qarşı təklif edilən pestisidlərin növbələşməsini təmin etmək və antirezisdent mübarizə sxemini tətbiq etmək məqsədi ilə fermerlər yeni nəsil preparatlardan istifadə etməyə üstünlük verməlidirlər.

Dövlət Xidmətinin rəis müavini Yaqub Cəfərov isə “Pambıq əkinlərində alaq otlarına qarşı səmərəli mübarizənin təşkili” mövzusunda çıxış edərək pambığın boy və inkişafını ləngidən alaq otlarının məhv edilməsinin müasir səmərəli üsullarından bəhs edib. Mübarizə üsulları barədə məlumat verən Y.Cəfərov bildirib ki, alaqlarla mübarizənin səmərli aparılması üçün onların bioloji xüsusiyyətləri, həyat tərzi və yayılma yolları öyrənilməli və ona uyğun mübarizə tədbiri seçilməlidir.

“Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda çıxış edən Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Damət Sultanov əsas diqqəti kimyəvi mübarizə zamanı texniki qaydalara əməl olunmasının vacibliyinə yönəldib. O, bildirib ki, kimyəvi mübarizə tədbirləri zamanı çiləyici aqreqataların nizamlanması, işlək məhlul hazırlanan zaman istifadə olunan suyun tərkibinin (PH mühitinin tənzimlənməsi), istifadə olunan pestisidlərdən yüksək bioloji səmərəlilik almaq məqsədilə qarşıda duran problemlərin həlli vacib məsələdir və bu istiqamətdə ciddi tədbirlər görülməlidir.

Tədbirin sonunda torpaq mülkiyyətçilərinə və fermerlərə pambıq sahələrində zərərvericilərə qarşı mübarizə üsullarını açıqlayan bukletlər paylanılıb.

Qeyd edək ki, eyniadlı tədbirin aprelin 3-də İmişli rayonunda, aprelin 4-də isə Ağcabədi rayonunda keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi