"Qazaxıstan Temir Jolu" (KTJ) milli şirkəti cari marketinq ilində (2024-cü ilin sentyabr-oktyabr ayları) 3,7 milyon ton taxıl ixrac edib ki, bu da ötən illə müqayisədə 45 % çoxdur.
Bu barədə “Report” KTJ-nin mətbuat xidmətinə istinadən xəbər verir.
Şirkətin məlumatına görə, hesabat dövründə taxıl ixracı 2,9 milyon ton təşkil edib, bu isə ötən illə müqayisədə 51 % çoxdur.
"KTJ taxılın Azərbaycan kimi yeni bazarlara maneəsiz çıxışını təmin edir və 2 ay ərzində bu ölkəyə 104 min ton taxıl göndərilib", - məlumatda qeyd olunub.
KTJ-nin məlumatına görə, bu dövrdə əsas ixrac istiqamətləri də müsbət dinamika nümayiş etdirib: Orta Asiya ölkələrinə ixracın həcmi 35 %, Əfqanıstana isə 58 % artıb. İran istiqamətində daşımalar ötənilki 14 min tona qarşı 356 min tona çatıb. Çinə isə 445 min ton taxıl ixrac edilib.