Kənd Təsərrüfatı Nazirliyi FAO ilə yeni layihənin icrasını planlaşdırır

Kənd Təsərrüfatı Nazirliyi FAO ilə yeni layihənin icrasını planlaşdırır Bakı. 18 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə gələn aydan qoyunçuluğun inkişafı ilə bağlı yeni layihənin icrasını planlaşdırır.
ASK
4062
18 Oktyabr , 2018 14:25
Kənd Təsərrüfatı Nazirliyi FAO ilə yeni layihənin icrasını planlaşdırır
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə gələn aydan qoyunçuluğun inkişafı ilə bağlı yeni layihənin icrasını planlaşdırır". 

Bunu "Report"a açıqlamasında nazirliyin Baytarlıq şöbəsinin müdiri Asəf Ömərov bildirib.

Onun sözlərinə görə, layihənin dəyəri 1,3 mln. manat olacaq. 

"Bu layihə çərçivəsijndə qapalı qoyunçuluq təsərrüfatlarının yaradılması üçün maarifləndirmə işlərinin görülməsi, ölkəyə yeni qoyun cinslərinin gətirilməsi nəzərdə tutulub", - o qeyd edib. 

Xatırladaq ki, Azərbaycanda FAO-nun maliyyə dəstəyi ilə Embrion Transfer Mərkəzinin qurulması da planlaşdırılır. 

A.Ömərov onu da əlavə edib ki, bu ilin sonuna qədər ölkəyə 700 - 800 baş iribuynuzlu damazlıq heyvanın gətirilməsi gözlənilir: "Heyvanlar Almaniya və Avstriyadan gətiriləcək". 

Son xəbərlər

Orphus sistemi