Kənd təsərrüfatı naziri: “Rumıniya yeni texnologiyaları Azərbaycan ilə bölüşməyə hazırdır”

Kənd təsərrüfatı naziri: “Rumıniya yeni texnologiyaları Azərbaycan ilə bölüşməyə hazırdır” “Rumıniya işğaldan azad edilmiş ərazilərdə istifadə edilməsi üçün yeni texnologiyaları Azərbaycan ilə bölüşməyə hazırdır”
ASK
23 İyun , 2022 17:24
Kənd təsərrüfatı naziri: “Rumıniya yeni texnologiyaları Azərbaycan ilə bölüşməyə hazırdır”

Rumıniya işğaldan azad edilmiş ərazilərdə istifadə edilməsi üçün yeni texnologiyaları Azərbaycan ilə bölüşməyə hazırdır.

Bunu “Report”a Rumıniyanın kənd təsərrüfatı naziri Adrian Kesnoyu bildirib.

“Rumıniya taxıl istehsalçısıdır. Ölkəmizdə taxıl emalı sektoru yaxşı inkişaf edib. Biz Azərbaycan ilə birlikdə işləyə, işğaldan azad edilmiş ərazilərdə istifadə edilməsi üçün təcrübəmizi və yeni texnologiyaları bölüşə bilərik”, - nazir deyib.

O əlavə edib ki, dünya ərzaq məsələsində çətinliklərlə üzləşdiyi bir zamanda Rumıniya və Azərbaycan mərhələli şəkildə əməkdaşlıq imkanlarını müəyyən etməlidir.

“Rumıniya Azərbaycan üçün yaxşı tərəfdaşdır. Ölkəmizin Konstansa limanı Avropa bazarlarının əsas qapısıdır”, - A. Kesnoyu bildirib.

Rumıniyalı nazir Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsullarına görə tanındığını vurğulayıb. “Azərbaycanın tərəvəz məhsulları Asiyada və qonşu ölkələrdə yaxşı tanınır, bu isə ölkənizin bu məhsulları Avropa bazarına ixracı etməsi üçün imkandır”, - o deyib.

Son xəbərlər

Orphus sistemi